Qol.Az

"Qarabağ" və "Qəbələ" qalib gəldi


 

"Qarabağ" və "Qəbələ" qalib gəldi

Bu gün Topaz Premyer Liqada 12-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçirilib.

Lider “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib. Roman Qriqorçukun komandası 1:0 hesablı qələbə qazanaraq zirvədəki yerini qoruyub.

"Qəbələ" ilə xalı eyni olan “Qarabağ” isə “Kəpəz”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Turun digər iki oyunu sabah keçiriləcək.


19 noyabr

18:00.“Qarabağ” – “Kəpəz” - 1:0
Qol:
Dino Ndlovu, 17
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
“Azersun Arena”


15:00.“Qəbələ” – “Zirə” - 1:0
Qol:
Filip Ozobiç, 52
Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

 


20 noyabr (bazar)

16:00.“İnter” – AZAL
Hakimlər
: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
“İnter Arena”

14:00.“Sumqayıt” – “Neftçi”
Hakimlər
: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
“Kapital Bank Arena”



N Klublar O Q H M T-F X
1 Qəbələ 12 8 4 0 27-4 28
2 Qarabağ 12 9 1 2 24-5 28
3 İnter 11 5 5 1 17-11 20
4 Zirə 12 4 2 6 10-13 14
5 Kəpəz 12 2 6 4 7-11 12
6 Sumqayıt 11 2 4 5 9-17 10
7 Neftçi 11 3 0 8 9-25 9
8 AZAL 11 0 4 7 4-21 4


Bombardir: Baqali Dabo ("Qəbələ") - 7 qol

 





19.11.2016    çap et  çap et