"Bu oyun bəzi futbolçuların taleyinə aydınlıq gətirəcək" - Samir Abasov

"Bu oyun bəzi futbolçuların taleyinə aydınlıq gətirəcək" - Samir Abasov
PREMYER LİQA 30 Oktyabr 2016 / 18:22 3966
-  A +

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 10-cu turunda bu gün səfərdə “İnter”ə uduzduqları 1:3 hesablı məğlubiyyəti şərh edib.

Qol.az komanda.az-a istinadən xəbər verir ki, S.Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Tez qol vurduq, tez də müdafiəyə çəkildik. Bunun da nəticəsində 3 qol buraxdıq. Rəqibin təzyiqinə tab gətirmədik. Bu oyun bəzi futbolçuların taleyinə aydınlıq gətirəcək. Bu oyunda Yusif Nəbiyevdən razı qalmadım. Bilmirəm niyə belə oldu. Keçən oyunda yaxşı təsir bağışlamışdı. Nə bacarırıqsa, maksimum onu edəcəyik.

- Bəzi oyunçular komandada icarə əsasında çıxış edir. Bu, onların çıxışına təsir etmir ki?

- Əksinə, həmin oyunçular daha yaxşı təsir bağışlayırlar. Onlar çalışırlar ki, burda ümidləri doğrultsunlar. Bir az təcrübə lazımdır. Məsələn, Yusifə...

- Ümidləri doğrultmayan oyunçuların adlarını açıqlaya bilərsiniz?

- Bundan öncə Xəyal Nəcəfova qarşı həmin addımı atmışdıq. O, Türkiyədən qayıtdıqdan sonra özünü başqa cür aparmağa başladı. Ancaq “Qəbələ”ylə oyunda ən yaxşılardan idi. Bəzi məşqçilər heyətdən şikayətlənir. Keçən dəfə “Neftçi”nin oyununa baxıram, şərhçi deyir ki, “bu heyətlə heç nə etmək olmaz”. Ancaq bir baxın bizdə vəziyyət necədi... Bizdə heç legioner yoxdur.  Buna baxmayaraq, bu oyunçularla oynamağa məcburuq. Bir az çətindir. Bizi də başa düşün. Oyunçuları əvəzediciyə göndərsək, heyətdə kim oynayacaq?

- “Sumqayıt”ın heyəti sanki müvəqqəti qurulub. Bəlkə rəhbərliklə danışasınız, klubun strategiyası dəyişsin...

- Bu, mümkün deyil...

- Komandanın fiziki durumu necədir?

- Fiziki vəziyyətimiz çox əladır. Bir gündə iki 90 dəqiqə oynamağa imkanımız çatar. Vəziyyətimiz heç də pis deyil. Qarşıda “Kəpəz”lə oyun var. Ora uduzmağa getmirik. Görək başımıza nə gəlir...

- Qollarda Fərhad Vəliyevin səhvi nə dərəcədə var idi?

- Birinci qolda sanki səhvi var idi. Ancaq videotəkrara baxıb, dəqiqləşdirəcəyik.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi