Qazaxıstan millisinin üzvü: "Türkiyə, Belçika, Avstriya və Azərbaycan eyni səviyyəli komandalardır"

Qazaxıstan millisinin üzvü: "Türkiyə, Belçika, Avstriya və Azərbaycan eyni səviyyəli komandalardır"
XƏBƏR 10 Fevral 2010 / 14:47 2203
-  A +

Qazaxıstan millisinin üzvü Andrey Finonçenko Avro-2012-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Finonçenko millimizin də yer aldığı “A” qrupunu belə dəyərləndirib: “Şübhəsiz, qrupun favoriti Almaniyadır. Bu haqda heç mübahisə etməyə də dəyməz. Amma Türkiyə, Belçika və Avstriya eyni səviyyəli komandalardır. Mən hətta Azərbaycanın da adını bu siyahıya əlavə edərdim. Rəqiblərimiz güclü olsa da, hər oyuna yaxşı köklənib, bütün gücümüzü ortaya qoyacağıq. Hesab edirəm ki, bu halda yaxşı nəticə qazana bilərik”.
Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsində Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan və Azərbaycan milliləri eyni qrupda yer alıblar. 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı