"Qarabağ”da yorğunluq yoxdur" - Qara Qarayev

"Qarabağ”da yorğunluq yoxdur" - Qara Qarayev
MÜSAHİBƏ 29 Oktyabr 2016 / 21:28 4007
-  A +

"Qarabağ"ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqanın 10-cu turunda AZAL-la oyundan (1:0) sonra Qol.az-a müsahibə verib. 24 yaşlı oyunçu müsahibədə AZAL-la görüşlə yanaşı, gələn həftə Yunanıstanda PAOK-a qarşı Avropa Liqasının qrup mərhələsində keçiriləcək matç barədə də fikirlərini bildirib.

- Bu gün çətin qələbə qazandınız...

- Ağır oyun oldu. İstəyirdik ki, xal itirməyək. Meydan amili də oyunumuza təsir etdi, ürəkaçan deyildi. Buna baxmayaraq, lazım olan üç xalı qazandıq.

- Komandada yorğunluq hiss olunurdu...

- Komandamızda yorğunluq yoxdur. Hər dəfə fərqli heyətlə matça çıxırıq. Oyunumuzun belə alınmasını ancaq stadion amili ilə əlaqələndirərdim.

- Qarşıda sizi PAOK-la çətin oyun gözləyir. Bu matçı qrup mərhələsinin həlledici görüşü saymaq olar?

- Fikrimcə, yox. Önümüzdə hələ üç oyun var. Qarşıdakı görüşdə yaxşı nəticə qazansaq, qrupu adlamaq haqda düşünə bilərik. Səfərdən məğlubiyyətsiz dönsək, bizim üçün uğur olacaq.

- PAOK-a doğma meydanda güclü azarkeş dəstəyi olacaq...

- Biz buna hazırıq. Bilirik ki, rəqibin azarkeşləri çılğındır. Buna baxmayaraq, inanıram ki, bizə də dəstək verənlər olacaq.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı