Türkiyə millisinin baş məşqçisi vəzifəsinə 3 namizəd var

Türkiyə millisinin baş məşqçisi vəzifəsinə 3 namizəd var
DÜNYA FUTBOLU 10 Fevral 2010 / 12:36 2521
-  A +

Avro-2012-nin seçə mərhələsində millimizlə eyni qrupda yer alan Türkiyə millisinin baş məşqçisinin adı hələ də məlum deyil. Qol.Az-ın “Fanatik” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda “ay-ulduzlular”ın baş məşqçisi postuna 3 real namizəd var. Türkiyə Futbol Federasiyası (TFF) hazırda Qus Hiddink, Yoahim Löv və Covanni Trapattoni ilə danışıqlar aparır. Lakin deyilənə görə, TFF-nin başçısı Mahmut Özgənər daha çox Hiddinki millinin başında görmək istəyir. Baş məşqçinin kimliyindən asılı olmayaraq, ona yardım edəcək məşqçiləri adları artıq məlumdur. Türkiyə millisinin yeni baş məşqçisinin köməkçiləri Ərsun Yanal, Oğuz Çətin və Engin İpekoğlu olacaq.   


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın