"İbrahimoviç əvvəllər səviyyəli futbolçu idi"

"İbrahimoviç əvvəllər səviyyəli futbolçu idi"
XƏBƏR 28 Oktyabr 2016 / 00:56 4936
-  A +

“Arsenal”ın əfsanəvi futbolçularından olan Paul Merson “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç haqda maraqlı açıqlama verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 48 yaşlı veteran futbolçu İbrahimoviçin yeni klubundakı çıxışını tənqid edib:

“Zlatan əvvəllər səviyyəli futbolçu idi, indi isə belə deyil. Artıq 35 yaşı var və meydanda istədiyini edə bilmir. Çox çətin bir çempionatda oynayır. “Mançester Yuanyted”ə gəldiyi gündən yaxşı oyununu görməmişəm”.

Qeyd edək ki, İbrahimoviç “MY” heyətində bu mövsüm 14 oyuna 6 qol vurub.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord