Berti Foqts: “Ən azı 30 komanda Azərbaycanın yerində olmaq istərdi”

Berti Foqts: “Ən azı 30 komanda Azərbaycanın yerində olmaq istərdi”
ÖLKƏ FUTBOLU 10 Fevral 2010 / 12:13 2478
-  A +

“Yenidən Almaniya millisi ilə qarşılaşacağımız üçün çox şadam. Azərbaycan üçün bu çox sevindirici haldır. Biz sanki cek-pot qazanmışıq. Çünki ARD və ZDF kimi məşhur telekanallar indi AFFA ilə oyunların yayımı ilə bağlı danışıqlara başlayacaqlar. Bu isə bizim külli miqdarda pul qazanmağımıza səbəb olacaq. Əgər Holalndiya və ya Xorvatiya bizə rəqib olsaydı, belə olmayacaqdı”. Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts news.de saytına verdiyi müsahibədə deyib.
Almaniyalı mütəxəssis bildirib ki, hələ püşkdən öncə yenidən həmyerliləriylə bir qrupda yer alacağına inanırdı: “Hətta püşkatmadan öncə AFFA-nın baş katibi Elxan Məmmədova demişdim ki, görərsən, biz yenə Almaniya ilə bir qrupa düşəcəyik. Hesab edirəm ki, ən azı 30 komanda bizim yerimizdə olmağı - Almaniya millisi ilə qarşılaşmağı istərdi”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı