Rəşad Qasımovun "İnter"dən gedişinin səbəbi açıqlandı

Rəşad Qasımovun "İnter"dən gedişinin səbəbi açıqlandı
XƏBƏR 27 Oktyabr 2016 / 21:24 3945
-  A +

Bakının "İnter" klubunun prezidenti Rəşad Qasımovun istefasından sonra bu səlahiyyətləri müvəqqəti icra edən Rüfət Abdullayevin müsahibəsi 
 
- Nə vaxt eşitdiniz ki, Rəşad Qasımovu siz əvəzləyəcəksiniz?

- Qərar dünən çıxarılıb. Ancaq mənim özümə bu gün bu haqda məlumat verilib.
 
- Müvəqqəti olaraq prezident postu sizə həvalə olunub. Səlahiyyətlərinizin müddətinin hansı anadək olacağı bilinir?

- Vallah, hələ bu barədə dəqiq söz deyə bilmərəm. Ola bilsin ki, yeni prezident təyin olunana kimi.
 
- Ümumiyyətlə, özünüzü doğruldacağınız halda prezident postunda qalacağınız mümkündürmü?

- Hər şey ola bilər. Amma hazırkı durumda mənə bu post müvəqqəti tapşırılıb.
 
- Rəşad Qasımovun gedişi gözlənilməz olmadı ki? Nə baş verdi ki, getdi?


- Mənim üçün də gözlənilməz oldu. O öz şəxsi işləri ilə əlaqədar olaraq çıxıb. Ona görə də ərizəsini yazıb klubdan ayrıldı.
 
- Belə çıxır ki, Beynəlxalq Bankdakı işini yenidən davam etdirəcək?


- O, "İnter"də işləyəndən bankdakı işindən ayrılmışdı. Rəşad müəllim şəxsi biznesi ilə məşğul olmağa qərar verib. Ona yeni işlərində səmimi qəlbdən uğurlar arzulayıram.
 
- Siz prezident postunu icra etdiyiniz müddətdə mühafizə xidmətinin rəhbəri kim olacaq?

- Mənim əsas işim təhlükəsizliklə bağlıdır. Yəni, həmin postda işimi davam etdirəcəyəm. Ancaq indidən sonra bu işi də icra etməli olacağam.
 
- Rəşad Qasımovdan halallıq almısınız?

- Az öncə yanımda idi. Söhbətləşirdik.
 
- Ondan prezident postunda olarkən hansı işləri necə görməklə bağlı məsləhətlər aldınızmı?

- Təbii ki. Onunla bu barədə də söhbətimiz oldu. Hazırda mənim səlahiyyətlərimin ölçüsü, funksiyalarım dəqiq bilinmir. Qeyd etdiyim kimi, bu gün bu barədə məlumat əldə etmişəm. Bu postu icra edərkən funksiyalarımın nədən olduğunu dəqiq bildikdən sonra daha konkret işlər görə biləcəyəm.
 
Mənbə: qaynarinfo.az

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı