Leroy Corc Türkiyədə növbəti qolunu vurdu

Leroy Corc Türkiyədə növbəti qolunu vurdu
XƏBƏR 27 Oktyabr 2016 / 17:47 6390
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Leroy Corc hazırda çıxış etdiyi Türkiyə birinci liqa təmsilçisi "Göztəpə"də növbəti qolunu vurub.

Qol.az-ın məlumatına görə, hollandiyalı yarımmüdafiəçi Türkiyə kubokunun təsnifat mərhələsində “Karagümrük”lə səfər matçında fərqlənib.

O, 3:0 hesabı ilə qalib gəldiklərini oyunun 75-ci dəqiqəsində son nöqtəni qoyub.

Bu, Leroy Corcun “Göztəpə”də 7-ci qoludur.

Qeyd edək ki, 2015-ci ildə “Qarabağ”dan “Göztəpə”yə gedən 29 yaşlı futbolçu Ağdam klubunda 59 oyuna 19 qol vurub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı