“Azərbaycan millisinin əsas qapıçısı Mikayıl Yusifovdur”

XƏBƏR 10 Fevral 2010 / 11:56 2276
-  A +

"Avro-2012"-nin seçmə mərhələsində millimizin Türkiyəylə eyni qrupda yer alması qardaş ölkə mətbuatının millimizə olan marağını artırıb. Lakin türkiyəli həmkarlarımızın heç də hamısı millimiz haqda elə də məlumatlı deyillər. Qol.Az-ın məlumatına görə, goal.com.tr saytı milli komandamızın aparıcı futbolçularını dəyərləndirərkən bir neçə kobud səhvə yol verib. Vaqif Cavadovun hazırda “Tvente”də çıxış etməsini xüsusi qabardan türkiyəli jurnalist millimizin əsas qapıçısı qismində Kamran Ağayevi deyil, bir müddət “Kartalspor”da forma geyən Mikayıl Yusifovu göstərib: “Azərbaycanın qapısını “Kartalspor”da forma geyən Yusifov qoruyur. “Orduspor”lu Ponomaryov, “Kocaelispor”lu Sadıqov və bir dönəm “Sivasspor” forması geymiş “Boluspor”lu forvard İlqar Qurbanov isə komandanın gözə çarpan isimləridir”.
Millimiz haqda yazının sonunda isə türkiyəli həmkarımız Avropa çempionatının seçmə mərhələsində həmişə uğursuzluğa düçar olan millimizin bu dəfə də eyni aqibətlə qarşılaşacağını proqnozlaşdırır.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı