Millimiz “Terek”lə heç-heçə oynadı

Millimiz “Terek”lə heç-heçə oynadı
XƏBƏR 10 Fevral 2010 / 11:22 1776
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu Rusiyanın “Terek” klubunun əvəzedici heyəti ilə keçirərək heç-heçə (1:1) edib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, millimizin heyətində Elnur Abdulov fərqlənib.
Qeyd edək ki, millimiz toplanış çərçivəsində keçirdiyi yoxlama oyunlarında  İsveçrənin «Sent Marqrethen» klubuna 12:0,  Qazaxıstanın «Kazaxmıs» klubuna isə 3:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər