“Qəbələ”də ciddi itki – burnu sındı

“Qəbələ”də ciddi itki – burnu sındı
XƏBƏR 27 Oktyabr 2016 / 11:59 3807
-  A +

“Qəbələ”nin aparıcı futbolçularından olan Rafael Santosun burnu sınıb.

Qol.az-ın xəbərinə görə, braziliyalı müdafiəçi Topaz Premyer Liqanın 9-cu turunda “Sumqayıt”la oyunda rəqib futbolçusu Mirabdulla Abbasovla top uğrunda mübarizə zamanı xəsarət alıb.

Klubdan aldığımız məlumata görə, Santos ən azı 15 gün meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, futbolçu noyabrın 3-də  “Sent Etyen”lə keçiriləcək Avroliqa matçını buraxacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı