Paşayev penaltini qaçırdı, komandası dayandı

Paşayev penaltini qaçırdı, komandası dayandı
XƏBƏR 27 Oktyabr 2016 / 02:26 3707
-  A +

Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Pavel Paşayevin formasını geydiyi “Stal” səfərdə “İliçevets”in qonağı olub.

Paşayev meydana start heyətində çıxıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda qapılara qol vurulmadığından cütün qalibi penaltilərlə müəyyənləşib.

Pavel Paşayevin komandası penaltilərdə 2:4 hesabı ilə uduzmaqla kubokla vidalaşıb. “Stal”ın məğlubiyyətinə səbəb olan qaçırılan 2 penaltidən birini məhz Paşayev yerinə yetirib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord