“Qarabağ”ın rəqibindən heç-heçə

“Qarabağ”ın rəqibindən heç-heçə
GÜNDƏM 27 Oktyabr 2016 / 01:28 1513
-  A +

İtaliya “A” seriyasında 10-cu turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina” öz meydanında “Krotone”ni qəbul edib.

24-cü dəqiqədə hesabda geri düşən “Fiorentina” yalnız sona 5 dəqiqə qalmış məğlubiyyətdən qaça bilib. Astori Florensiya klubuna 1 xal gətirən qola imza atıb.

Qeyd edək ki, 9 oyundan 13 xalı olan “Fiorentina” 11-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, birinci hissədə güclü yağış səbəbindən matç yarımçıq dayandırılıb. Təxminən yarım saatlıq fasilədən sonra qarşılaşma davam etdirilib.  

Daha çox


Son xəbərlər