Prosineçki İlham Əliyevə təşəkkür etdi

Prosineçki İlham Əliyevə təşəkkür etdi
GÜNDƏM 26 Oktyabr 2016 / 15:49 3419
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Prezident İlham Əliyevin milli komanda və məşqçinin özü barədə səsləndirdiyi xoş sözlərlə bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, xorvatiyalı mütəxəssis AFFA-nın saytına deyib ki, İlham Əliyevlə görüşdüyü üçün çox şaddır.

“Azərbaycan Prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim  üçün böyük fəxr hissi keçirirəm. Cənab İlham Əliyevin Azərbaycan milli komandasının nəticələrindən razı olması, dövlət başçısı tərəfindən Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılmağım məni çox sevindirir və qürurlandırır. Bu, mənim üçün böyük şərəfdir və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdir. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı