AFFA-dan cərimələr

AFFA-dan cərimələr
XƏBƏR 26 Oktyabr 2016 / 14:10 1542
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 9-cu turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz  Premyer Liqasının IX turunun “Kəpəz” – “İnter” matçında “İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 

Topaz  Premyer Liqasının IX turunun AZAL – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord