"Elə bildim, "Qarabağ"ın azarkeşidir" – Katalin Tira

"Elə bildim, "Qarabağ"ın azarkeşidir" – Katalin Tira
XƏBƏR 26 Oktyabr 2016 / 11:40 6503
-  A +

ETDİYİ BİR AYIB, DANIŞDIĞI İKİ AYIB...

"Neftçi"nin futbolçusu Katalin Tira Topaz Premyer Liqanın 9-cu turunda "Qarabağ"la dünənki oyunun (0:2) sonlarına yaxın etdiyi hərəkətlə bağlı açıqlama verib.

Qol.az-ın məlumatına görə, o, özünün "Facebook" səhifəsində qarşılaşma zamanı vurduğu azarkeşdən üzr istəyib:

"Dünənki hadisəyə görə, çox təəssüflənirəm. Mən bu hərəkətə sadəcə, öz komanda yoldaşımı müdafiə etmək üçün yol verdim. Bilmirdim ki, o, bizim azarkeşimizdir. Elə bildim ki, "Qarabağ"ın azarkeşidir".
 
K.Tira sonda Azərbaycan dilində "üzr istəyirəm" ifadəsini işlədib.

Rumın futbolçunun açıqlamasında bir məqam təəccüb doğurmaya bilməz. O deyir: "Elə bildim ki, "Qarabağ"ın azarkeşidir". "Neftçi"nin futbolçunun bu anormal məntiqinə görə, rəqib komandanın azarkeşini vurmaqda qəbahət heç nə yoxdur. 


Son xəbərlər