"Neftçi" Katalin Tira ilə bağlı qərarını açıqladı

"Neftçi" Katalin Tira ilə bağlı qərarını açıqladı
GÜNDƏM 26 Oktyabr 2016 / 11:32 7076
-  A +

"Neftçi” rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Topaz Premyer Liqasının IX turunda “Qarabağ”la keçirilən dünənki qarşılaşmanın sonlarında azarkeşə zərbə vuran Tiranı məşqlərdən kənarlaşdırıb.
 
"Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.

Daha çox


Son xəbərlər