Torresin ölümünə görə matəm elan olundu

Torresin ölümünə görə matəm elan olundu
GÜNDƏM 26 Oktyabr 2016 / 10:15 5017
-  A +

Millimiz keçmiş baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliya futbolunda 3 günlük matəm elan olunub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yas mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında keçiriləcək. CBF-nin qarşısındakı bayraqlar endiriləcək, qurumun keçirdiyi bütün yarışlar 1 dəqiqəlik sükutla başlanacaq.

Qeyd edək ki, K.A. Torres dünən 72 yaşında infraktdan vəfat edib.

K.A.Torres Braziliya millisi ilə 53 oyuna çıxıb. Onun kapitanı olduğu yığma 1970-ci ildə dünya çempionatının qalibi olub.

O, 2004-2005-ci illərdə millimizdə baş məşqçilik edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı