"İngiltərə yığması üstün oynadı" - millimizin baş məşqçisi

"İngiltərə yığması üstün oynadı" -  millimizin baş məşqçisi
ÖLKƏ FUTBOLU 26 Oktyabr 2016 / 01:14 2486
-  A +

U-17 Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş İngiltərə - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Vüqar Məmməd affa.az saytına fikirlərini bildirib.

Qol.az xəbər verir ki, millimizin çalışdırıcısı rəqibin üstün oynadığını qeyd edib:

“Rəqibi yaxşı təhlil etmişdik. Birinci hissədə İngiltərə yığması aşkar üstün futbol oynadı. Fasilədən sonra oyunun müəyyən hissəsində təzyiqi artırdıq. İkinci hissədə layiqincə mübarizə apardıq. Məğlub olsaq da, komandamdan razıyam. İki komanda arasında səviyyə fərqi böyükdür. İngiltərə yığması bizdən 2-3 qat güclü komandadır”.

 

Daha çox


Son xəbərlər