Gəncədə iki yubiley: Axundovla Silva ortaq oldu

Gəncədə iki yubiley: Axundovla Silva ortaq oldu
XƏBƏR 26 Oktyabr 2016 / 00:46 1805
-  A +

Topaz Premyer Liqasının IX turunun “Kəpəz”lə “İnter” arasındakı qarşılaşması iki yubileylə əlamətdar olub.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, 0:0 hesabı ilə başa çatan matçda hər komandanın bir üzvü Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Meydan sahiblərinin heyətində yubilyar komandanın kapitanı Tural Axundov olub. 2008/09 mövsümündə debüt etdiyi Premyer Liqada 9 qol vuran müdafiəçi “200”ə 5 klubda oynamaqla çatıb. İlk oyununu MOİK-də keçirən Axundov “Muğan”, “Rəvan”, “Simurq”dan sonra “Kəpəz”də çıxış edir. 9 mövsümdə mükafat qazana bilməyən Axundovdan fərqli 200-cü matçını keçirən digər futbolçu - “İnter”in braziliyalı müdafiəçisi Denis Silva daim iddialı klublarda oynayıb. İndiki komandasınadək “Xəzər Lənkəran” və “Neftçi”də oynamış cənubi amedikalı 3 dəfə çempionluq yaşayıb. O, 5 dəfə finalında oynadığı ölkə kubokunu da 3 dəfə başı üzərinə qaldırıb. 2007/08 mövsümündə debüt etdiyi çempionatdakı 200 matçda Silvanın 11 qolu var.

Qeyd edək ki, bunadək 113 futbolçu ölkə çempionatında 200 oyun səddini fəth edib. Tural və Denis bu rəqəmi 115-ə çatdırıb. Sonuncu bunu bacaran 6-cı legioner və ilk cənubi amerikalı kimi tarixə düşüb.

 

Tural Axundov Premyer Liqada

2008/09

MOİK (Bakı)

2

0

2009/10

Muğan (Salyan)

11

2

2010/11

Muğan (Salyan)

27

1

2011/12

Rəvan (Bakı)

31

0

2012/13

Rəvan (Bakı)

23

 

2013/14

Simurq (Zaqatala)

32

0

2014/15

Simurq (Zaqatala)

30

0

2015/16

Kəpəz (Gəncə)

35

5

2016/17

Kəpəz (Gəncə)

9

1

 

Cəmi

200

9

 

Denis Silva Premyer Liqada

2007/08

Xəzər Lənkəran

11

 

2008/09

Xəzər Lənkəran

15

3

2009/10

Xəzər Lənkəran

16

0

2010/11

Neftçi (Bakı)

29

1

2011/12

Neftçi (Bakı)

30

1

2012/13

Neftçi (Bakı)

14

1

2013/14

Neftçi (Bakı)

25

1

2014/15

Neftçi (Bakı)

18

2

2015/16

İnter (Bakı)

35

1

2016/17

İnter (Bakı)

7

1

 

Cəmi

200

11


 

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi