Azərbaycanda qanunsuz idman mərc oyunlarına qadağa qoyulur

Azərbaycanda qanunsuz idman mərc oyunlarına qadağa qoyulur
XƏBƏR 25 Oktyabr 2016 / 20:36 3138
-  A +

Azərbaycanda bəzi nazirliklərə qanunsuz idman mərc oyunlarının qarşısının alınması sahəsində yeni səlahiyyətlər verilib. 
 
Qol.az-ın APA-ya istinadən yaydığı xəbərə görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün. Daxili işlər və vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı