"Bunun səbəbi azarkeşlərdir" - "Kəpəz"in legioneri

"Bunun səbəbi azarkeşlərdir" - "Kəpəz"in legioneri
XƏBƏR 25 Oktyabr 2016 / 16:16 2306
-  A +

“Kəpəz”in futbolçusu Serjio Karneyro Topaz Premyer Liqanın 9-cu turunda “İnter”lə keçirilən oyundan (1:1) danışıb.

Qol.az-ın məlumatına görə, portuqaliyalı futbolçu klubun saytına açıqlamasında bunları bildirib:

“Düşünürəm ki, heç kim darıxmadı. Soyuq havaya baxmayaraq tribunalara xeyli sayda azarkeş toplaşmışdı. Biz Gəncədə daha yaxşı oyun göstəririk. Bunun da səbəbi azarkeşlərdir. Stadiona çoxlu fanat gəlir və biz də onların dəstəyindən güc alırıq. İstəyirik ki, hər zaman azarkeşlərə qələbə bəxş edək və uğurlu nəticələrlə onları sevindirək.

Oyuna gəlincə, birinci hissədə biz, ikinci yarıda isə rəqib qol vəziyyətlərindən yararlana bilmədi. Meydanda onlardan daha çox çalışdıq. Komandamızın oyunu yaxşı alındı. Qol vurmaq üçün şanslarımız olsa da, bəxtimiz gətirmədi”.

Daha çox


Son xəbərlər