PAOK-un zədəliləri qayıdır

PAOK-un zədəliləri qayıdır
XƏBƏR 25 Oktyabr 2016 / 14:42 1973
-  A +

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ı qəbul edəcək PAOK oyuna tam heyətlə hazırlaşa bilmir.

Qol.az-ın Yunanıstan klubunun saytına istinadən məlumatına görə, Saloniki təmsilçisinin  heyətində Yevgen Şaxov zədəlidir.

O, ölkə çempionatının son turunda "Olimpiakos"la keçirilən  görüşdə zədələnərək meydanı tərk edib.

Müayinə zamanı məlum olub ki, ukraynalı yarımmüdafiəçinin ayaq bağlarında yüngül zədə var. Onun ölkə çempionatının IX turunda AEK-lə keçiriləcək matça qədər hazır olacağına gözləyir.

Digər zədəli yarımmüdafiəçi Dimitris Pelkas növbəti həftədən komandaa ilə birgə məşqlərə qoşulacaq.

Bir müddətdir zədədən əziyyət çəkən müdafiəçi Giorgos Tzavellas bu gündən məşqdə iştirak edəcək. Zədəli müdafiəçi Marin Leovats isə bu gün müayinədən keçəcək.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək PAOK - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat  23:05-də başlayacaq.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq