Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Qol.az-ın Virtualaz.org-a istinadən yaydığı xəbərə görə, prosesdə zərərçəkmiş Yusif Əzizov ifadə verib. O bildirib ki, oğlunu ixtisası üzrə işə düzəltmək istəyib. Buna görə də dostunun məsləhəti ilə Maşallah Əhmədova 15 min manat pul verib: "Dostum dedi ki, oğlu da Maşallah Əhmədocun yanında işləyir. Görüşdük, dedi “15 min manat versən, Dövlət Neft Şirkətinin nəzdində olan bir təşkilata düzəldərəm”. Maşallah Əhmədov dedi ki, oğlumu xaricdə oxumağa göndərəcək. Mən də pulu verdim.
Bir müddət keçdi. Dövlət Neft Şirkətinə getdik. Maşallah Əhmədov kadrlar şöbəsinin rəisinin yanına girib deyib ki, “bu uşağı işə düzəltmək lazımdı”. Onlar da deyiblər ki, “CV-ni gətirsin”. Neçə il keçdi iş düzəlmədi, pulu da qaytarmadı. Mən dəfələrlə ona demişəm ki, gəl məsələni polis səviyyəsinə qaldırmayaq. Bundan əlavə, mənə başqa işlərlə bağlı da söz verdi, etmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı, qaytarmadı".
M.Əhmədov zərərçəkmişin düz danışmadığını deyib: "Bu adam bilmirdi ki, o daş İranda neçəyədi, Bakıda neçəyə satılır. Daş biznesində onun təcrübəsi yox idi. Daşları mən satırdım. Sonra dedi ki, sən məni aldadırsan. Mən də dedim, get özün sat. Neçə ay keçdi sata bilmədi. Heç bir şeyi düz danışmadı".
M.Əhmədov ittihamı qəbul etmədiyini deyib.
Daha sonra iclasda Y. Əzizovun oğlu Nizami Əzizov ifadə verib. O da atasının dediyini təsdiq edib.
Daha sonra şahid qismində Qaçay Əliyev ifadə verib. O da M. Əhmədovun Y.Əzizovdan oğlunu işə düzəltmək adı ilə pul aldığını təsdiq edib.
Proses noyabrın 1-də davam etdiriləcək.
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə
"Real" "Barselona"nı məğlub etdi
İngiltərə kubokunda 2-ci finalçı da bilindi
Azərbaycanın üç boksçusu 1/4 finalda - Avropa çempionatı
"Sabail" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video
Ağabala Ramazanov 5 aydan sonra meydana qayıtdı
"Sabah" "Kəpəz"ə, "Səbail" "Araz-Naxçıvan"a qalib gəldi
"Sabah"ın səfər qələbəsi - Video