Əziz Yıldırım özündən çıxdı - Şəkillər

Əziz Yıldırım özündən çıxdı - Şəkillər
XƏBƏR 25 Oktyabr 2016 / 10:42 3712
-  A +

Türkiyə superliqasının 8-ci turunda keçirilən "Konyaspor" - "Fənərbaxça" oyununda (0:1) gərgin anlar yaşanıb.

Qol.az-ın "Hüriyyət"ə istinadən yaydığı xəbərə görə, Emenikenin penaltildən vurduğu qoldan sonra azarkeşlər qarşılaşmanı tribunadan izləyən "Fənərbaxça"nın ehtiyat və U-21 komandanın oyunçularına  etirazını bildirib və onlara kənar əşyalar atıb.

Qarşılaşmanı stadiondan izləyən "Fənərbaxça"nın prezidenti Əzil Yıldırım və nümayəndələr oturduqları yerdən qalxaraq bu duruma müdaxilə edib.

Ə.Yıldırım tribunada çətin anlar yaşayan oyunçulara əli ilə yanına çağırıb. Ancaq  onun bu hərəkəti azarkeşlər tərəfindən fərqli başa düşülüb.

Onlar bu dəfə Ə.Yıldırım və nümayəndələrin yanına gedərək onlara etirazlarını bildiriblər. Polisin müdaxiləsi ilə azarkeşlər sakitləşdirilib.








































Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi