Qriqorçuk: "Qəbələ"dən bunu tələb etməmişəm, belə də yazın"

Qriqorçuk: "Qəbələ"dən bunu tələb etməmişəm, belə də yazın"
GÜNDƏM 25 Oktyabr 2016 / 10:08 3784
-  A +

"Qəbələ" ilə yeni müqavilə məsələsi haqda sizə indi heç nə söyləyə bilmərəm. Çünki deyiləsi bir şey yoxdur. Belə məsələlərə necə yanaşdığımı bilirsiniz".
 
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bildirib.

Təcrübəli ukraynalı mütəxəssis iki ildir çalışdığı klubla yaxın vaxtda yeni müqavilə imzalayacağı ilə bağlı deyilənlərə münasibətini bildirib.
 
R.Qriqorçuk dəqiqləşməyən məsələ haqda danışmaq fikrində olmadığını söyləyib:

"Belə söz-söhbətlərə toxunulanda çalışıram ki, bunlardan yan qaçım. Ona görə də "şərhsiz" cavabını verirəm. Məsələ dəqiqləşməyəndə deməyə bir şey olmur. Sizə hansısa yalanı söyləyə bilmərəm. Mən belə hərəkət etmirəm. Sizə hansısa imformasiya verə də bilmərəm. Çünki bu, yoxdur. Mən sizə tam səmimi deyirəm, heç nədə aldatmıram. Onu dəqiq bilin ki, doğru sözlərimdir. Nə bir şeyi böyüdürəm, nə də kiçildirəm. Yeni müqavilə ilə bağlı suala indi cavabım yoxdur".
 
Qriqorçukun sözlərinə görə, yeni müqavilənin müzakirəsində köməkçilərinin sayının və transferlər üçün büdcənin artırılması tələbi ilə çıxış etməyib:

"Bax, bunu sizə dəqiq deyə bilərəm ki, mən belə tələbləri kluba, rəhbərliyə deməmişəm. Mən tərəfdən büdcə və köməkçilərlə bağlı tələb olmayıb. Onu deyə bilərəm ki, bu, yalnız istəyimdir. Hər bir məşqçi istəyər ki, klubda maddi məsələlər qaydasında olsun. Ancaq indiki məqamda deyilən tələbləri irəli sürməmişəm. Belə də yaza bilərsiniz".
 
Xatırladaq ki, "Qəbələ"nin yeni 1 illik müqavilə imzalayacağı söylənilən Qriqorçukla hazırkı anlaşması cari mövsümün sonunda bitəcək. 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı