Şahin Diniyev azarkeşlərlə görüşdü

Şahin Diniyev azarkeşlərlə görüşdü
XƏBƏR 25 Oktyabr 2016 / 01:11 2167
-  A +

Gəncə şəhər stadionunda “Kəpəz” klubunun rəhbərliyi ilə azarkeşlər arasında görüş keçirilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Şahin Diniyevin də iştirak etdiyi toplantıya üçfanklubun üzvləri qatılıb.

Futbolun azarkeşlər üçün olduğunu söyləyən klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Gəncə azarkeşlərinin ötən mövsüm tamaşaçı sayında rekorda imza atdığını bildirib. O, bu çempionat üçün də azarkeş sayında yüksək göstərici gözlədiklərini vurğulayıb. Elmar Əliyevin klubda fanklublarla əlaqələndirici vəzifəsinə gətirilməsindən də danışan Mikayıl Nərimanğlu bu təyinatın klub-azarkeş münasibətlərinin nizamlanmasında rol oynayacağını əlavə edib.

Görüşdə çıxış edən Şahin Diniyev də azarkeş amilinə diqqət çəkib və fanatların komandanın gücünə güc verdiyini deyib. Təcrübəli məşqçi yetirmələrinin dolu tribunalar önündə oynamasının əlavə məsuliyyət yaratdığını və ötən mövsümkü nəticəni yaxşılaşdırmağa çalışacaqlarını söyləyib.

Son xəbərlər