Mahir Şükürov millidən imtina etmədiyini açıqladı

Mahir Şükürov millidən imtina etmədiyini açıqladı
XƏBƏR 9 Fevral 2010 / 17:58 2117
-  A +

Bu gün bəzi KİV-də Azərbaycan milli komandasının və «Anji» (Rusiya) klubunun futbolçusu Mahir Şükürovun açıqlamaları dərc olunub və futbolçunun guya Azərbaycan millisində çıxış etməkdən imtinası, həmçinin AFFA rəhbərliyindən narazılığı ilə bağlı fikirlər yer alıb. Bununla əlaqədar, AFFA-nın baş katibi Elxan Məmmədov, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quluyev və milli komandanın baş administratoru İslam Abbasov Mahir Şükürovla əlaqə saxlayıblar. AFFA rəsmiləri ilə söhbətdə M.Şükürov fikirlərinin təhrif olunduğunu qeyd edərək, millidə oynamaqdan imtina etmədiyini bildirib: «Millinin baş məşqçisi tərəfindən dəvət olunsam, çıxış etdiyim klubun rəhbərliyindən icazə alaraq, milli komandanın təlim-məşq toplanışlarında, eləcə də yoldaşlıq və rəsmi oyunlarda iştirak edərəm».
Onu da qeyd edək ki, M.Şükürov millinin ən yaxşı futbolçusunun seçimi ilə bağlı keçirilən sorğunun nəticəsindən narazı qaldığını deyib. Onun bu narazılığına cavab olaraq bildirilib ki, həmin sorğuda AFFA rəhbərliyi deyil, Premyer Liqada çıxış edən klubların baş məşqçiləri, kapitanları, millinin baş məşqçisi, assosiasiyanın texniki direktoru və veteran futbolçu Ələkbər Məmmədov iştirak edib.

Mənbə: affa.az


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq