Tərlan Əhmədov: "Hücumdakı problemləri həll edə bilmirik"

Tərlan Əhmədov: "Hücumdakı problemləri həll edə bilmirik"
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2016 / 19:22 1821
-  A +

"Hər bir məşqçi qələbə qazanmaq istəyər. Bir xal üçün meydana çıxmamışdıq. Autsayder olmağımız qarşımıza hər oyunda qələbə qazanmaq məqsədini qoyur".

Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının IX turunda "Zirə" ilə oyundan (1:1) sonra "CBC Sport"a açıqlamasında deyib.

Baş məşqçi daha sonra bunları bildirib:

"Nəticə 1:1-dirsə, deməli ədalətlidir. Bundan sonra nəyisə analiz etmək baş məşqçi və futbolçu arasında olacaq. İki hissədə fərqli oyun izlədik. Sadəcə hücum xəttindəki problemləri aradan götürə, qol epizodlarından istifadə edə bilmirik. İlk hissədə əzmkarlıq yox idi, ancaq ikinci hissədə tam əksinə oldu. Oyunun gedişatında hiss etdim ki, üstünlük biz tərəfdədir. İkinci hücumçunu oyuna salanda hiss etdim ki, qol vurmaq olar. Kamalla Qeyrəti müdafiəyə çəkərək Canalidze ilə Röyalı hücumda oynatdım. Sırf qələbə üçün bu addımı atdım. Qalib gəlməyə çalışırdıq. Qol vurduqsa, bu da uğurdur. Oyuna girə futbolçunun qol vurma hissini sözlə ifadə etmək mümkün deyil. "Zirə" ilə ilk oyunda da Canalidze oyuna girən kimi qol vurmuşdu. Ancaq ola bilərdi ki, dəyişiklik edən futbolçu qol vurmasın. Futbolçu fərqlənəndə məşqçi hiss edir ki doğru seçim edib".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın