Bülənt Qorxmaz: "Mən heç kəsə çempionluq söz verməmişəm"

Bülənt Qorxmaz: "Mən heç kəsə çempionluq söz verməmişəm"
ÖLKƏ FUTBOLU 9 Fevral 2010 / 17:30 2380
-  A +

“Ilk növbədə hər iki komandani təbrik edirəm. Meydançanın durumunun pis olmasına baxmayaraq, hər iki komanda yaxşı təsir bağışladı. Tək komandaların oyunu ilə iş bitmir. Əgər futbolu inkişaf etdirmək istəyiriksə, o zaman hamı öz üzərində çalışmalıdır. Hakimlikdən narazı qaldım. Hakim “Neftçi”nin qapısına penalti təyin etdiyi zamanda həm də rəqib futbolçuya qırmızı vərəqə göstərməli idi. Bunu mən demirəm. Futbolun qaydasında belə yazılıb”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən “Neftçi” – “Bakı” qarşılaşmasının oyunsonrası mətbuat konfransında Bülənt Qorxmaz deyib. Qorxmaz bildirib ki, sonuncu ümid fouluna görə hər zaman futbolçuya qırmızı vərəqə göstərirlər: “Əgər hakim bizim qapımıza təyin olunan epizoda penalti təyin edirsə, onda gərək biz bu oyun beş onbirmetrlik zərbə vurardıq. Ümumilikdə komandamın oyunundan razı qaldım. Yeni transferlərin də oyununu bəyəndim. Mən “Bakı” ilə müqavilə imzalayarkən heç kəsə çempionluq söz verməmişəm. Məqsədimiz ilk “altılığ”a düşmək və uşaq futbolunu inkişaf etdirməkdir.

Daha çox


Son xəbərlər