"Qızıl top"a ilk 5 namizədin adı açıqlandı

"Qızıl top"a ilk 5 namizədin adı açıqlandı
GÜNDƏM 24 Oktyabr 2016 / 11:06 4406
-  A +

"France Football" nəşri dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizəd ilk 5 futbolçunun adını açıqlayıb.

Qol.az-ın məlumatına görə, namizədlər arasında Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Qaret Beyl (Uels, "Real"), Serxio Aquero (Argentina, "Mançester Siti"), Pyer-Emerik Obameyanq (Qabon, Borussiya") və Canluicu Buffon (İtaliya, "Yuventus") yer alıb.

Yaxın vaxtlarda daha 25 namizədin adının açıqlanacağı bildirilib.

Qeyd edək ki, bu il "Qızıl top" mükafatının sahibi təkcə jurnalistlərin səsverməsinə əsasən müəyyənləşəcək.

Xatırladaq ki, ötən il bu mükafatı Lionel Messi (Argentina, "Barselona") qazanıb.

Daha çox


Son xəbərlər