“Qarabağ”ın rəqiblərindən yalnız PAOK uduzdu

“Qarabağ”ın rəqiblərindən yalnız PAOK uduzdu
XƏBƏR 24 Oktyabr 2016 / 00:34 2502
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan klublar bu gün ölkə çempionatında növbəti oyunlarına çıxıblar.

Qol.az xəbər verir ki, Bakıdan xalsız qayıdan PAOK növbəti məğlubiyyətini “Olimpiakos”dan alıb.

VI turun matçına PAOK yaxşı başlasa da, xal qazanmaq mümkün olmayıb. 6-cı dəqiqədə Varela Saloniki təmsilçisini hesabda önə keçirib. Lakin az sonra PAOK-un üzvü avtoqol müəllifi olub. Görüşün 90+6-cı dəqiqəsində isə “Olimpiakos” qələbə qolunu vurub - 2:1. 6 oyundan sonra 8 xalı olan PAOK turnir cədvəlində 7-cidi.

Yunanıstan klubundan fərqli olaraq, “Qarabağ”ın digər 2 rəqibi turu qələbə ilə başa vurub.

“Slovan” Çexiya çempionatının 11-ci turunda “Hradec Kralove”ni 2:0 hesabı ilə üstələyib. Bartlın dublu Liberets klubuna qələbə qazandırıb. 12 xalı olan “Slovan” turnir cəvəlində 11-ci yeri tutur.

“Fiorentina” isə “A” seriyasının 9-cu turunda “Kalyari”ni 5:3 hesabı ilə məğlub edib. Florensiya klubuna qələbə gətirən qollar Kaliniç (3) və Bernardeski (2) vurub. Bu qələbədən sonra “Fiorentina” 12 xalla 11-ci yeri tutur.
 
 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın