Budaq Portuqaliyada növbəti oyununa çıxdı

Budaq Portuqaliyada növbəti oyununa çıxdı
XƏBƏR 24 Oktyabr 2016 / 00:12 5794
-  A +

Portuqaliya ikinci liqasında 12-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Budaq Nəsirovun formasını geydiyi “Sportinq”in B komandası öz meydanında “Leyşoeş”i qəbul edib.

Həmyerlimiz meydana 46-cı dəqiqədə daxil olub. Budaq Pinheironun əvəzinə oyuna qoşulub.

Matç “Sportinq”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Leandro Ruizin dublu Lissabon klubuna qələbə gətirib.

Qeyd edək ki, 12 turdan sonra hesabında 17 xal olan “Sportinq” ardıcıl ikinci qələbə sayəsində turnir cədvəlində 9-cu pilləyə yüksəlib.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın