Nazarov 7 dəqiqə oynadı

Nazarov 7 dəqiqə oynadı
XƏBƏR 23 Oktyabr 2016 / 20:30 3251
-  A +

Almaniyanın II Bundesliqasında X turun oyunları keçirilib. Qol.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu "Union Berlin"i qəbul edib.
 
Matç meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Nazarov 83-cü dəqiqədə, rəqib oyunda son nöqtəni qoyandan 1 dəqiqə sonra meydana daxil olub. 
 
"Aue" 10 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


Son xəbərlər