Elnur Əşrəfoğlu: “Millimiz evdə Belçika, Avstriya və Qazaxıstana qalib gələcək gücdədir”

Elnur Əşrəfoğlu: “Millimiz evdə Belçika, Avstriya və Qazaxıstana qalib gələcək gücdədir”
XƏBƏR 9 Fevral 2010 / 12:39 4958
-  A +

Son günlər Azərbaycan futbolunda ən çox müzakirə olunan məsələ «Avro-2012»nin seçmə mərhələsinin püşkatmasıdır. Millimizin rəqibləri, gələcək perspektiv barədə futbolçuların, mütəxəssislərin fikirlərinə geniş yer vermişik. Bu dəfə isə müsahib qismində tanınmış telejurnalist, hazırda “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olan Elnur Əşrəfoğlunu seçdik.

- İlk olaraq, püşkün nəticəsinə münasibət bildirərdiniz.
- Maraqlı bir qrupa düşmuşük. Nəzərə alaq ki, bu komandalarla biz dünya və avropa çempionatlarının seçmə qrup məlhələlərində əvvəllər qarşılaşmışıq. Düzdür, həmin oyunlarda elə də uğurlu nəticələr qazanmamışıq. Hətta Bakıda Qazaxıstana belə qalib gələ bilməmişdik. Bununla belə, ümid edirəm ki, milli komandamız bu dəfə daha yüksək yerlər uğrunda mubarizə aparacaq. Tükiyə komandasıyla bir qrupa düşmək çox sevindirici haldı. Ümumiyyətlə futbolun inkişafı baxımından həm Türkiyə, həm də Almaniya komandalarıyla eyni qrupa düşmək Azərbaycan futbolunun xeyrinədir. Futbolçularımız artıq özlərini göstərmək üçün çox gözəl imkan əldə edirlər. Millimiz nə qədər yaxşı çıxış etsə, futbolçularımızın da Avropaya yolu bir o qədər tez açılar. Adicə bir fakta diqqə yetirək. “Qarabağ” yayda avrokuboklarda iki mərhələ keçdi, “Tvente” kimi komandaya rəqib oldu. Bu qarşılaşmalarda özünü yaxşı tərəfdən göstərən Vaqif Cavadov da nəticədə Hollandiya klubuna transfer olundu. Bu baxımdan Almaniya və Turkiyə ilə oyunlarımız böyük önəm daşıyacaq.
Tükiyə üçündə maraqlı bir qrupdur. Onlar demək olar ki, heç bir oyunda özlərini rəqib qismində hiss etməyəcəklər. Azərbaycan və Qazaxıstan türkdilli dövlətidir. Eyni zamanda Almaniya, Belçika və Avstriyada da xeyli sayda türk yaşayır. Bu səbəbdən “ay-ulduzlular” səfər oyunlarında da azarkeşsiz qalmayacaq. Buna görə də qrupu Türkiyə millisi üçün çox əlverişli sayıram.
- Aydın məsələdir ki, millimiz ev oyunlarında daha inamlı çıxış edir. Sizcə Azərbaycan millisi öz meydanında bu rəqiblərdən hansıları məğlub edə bilər?
- Mənim fikrimcə, evdə Belçika, Avstriya və Qazaxstana qalib gəlmək olar. Bir məqamı da qeyd etmək istəyirəm. Püşkatmadan sonra belə fikirlər səslənir ki, Azərbaycan Türkiyə millisinin uğur qazanması üçün onlara yardım edəcək. Ancaq mən bu tip fikirlərlə razı deyiləm. Millimiz evdə hər bir rəqibi büdrədə bilər. Bu gün hətta avropalılar da etiraf edirlər ki, Azərbaycan millisi evdə inamlı çıxış edir. Bakıda keçirilən oyunlarda millimiz istənilən rəqibə çətinlik yaradacaq gücdədir. Ötən seçmə mərhələdə həm Rusiya, həm də Almaniya ilə oyunlarda buna şahid olduq. Əsas odur ki, millimiz ozünü dəyərləndirsin, gücünə inansın. Bu halda qələbələrimizin sayı çox olacaq. Hətta rəqib meydançasında belə qələbə qazana bilərik.
- Millimiz bu qrupda neçə xal yığa bilər?
- Mən proqnoz verməyi xoşlamıram. Amma hesab edirəm ki, bu seçmə mərhələdə əvvəlki illərə nisbətən daha yaxşı nəticə göstərəcəyik. Fikrimcə, evdə Belçika, Avstriya və Qazaxıstana qalib gəlmək, səfərdə isə bu rəqiblərdən ikisindən xal almaq çox gözəl nəticə olardı. Xala qaldıqda, fikrimcə 11 xal yığa bilərik.
- Bu gün milli komandamızın baş məşqçisi Berti Foqtsun fəaliyyəti birmənalı qəbul olunumur. Siz almaniyalı məşqçinin fəaliyyəti barədə nə deyə bilərsiniz? 
- Foqtsun bir qədər praqmatik oyun göstərən məşqçi olduğunu deyə bilərəm.
- Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə millimizdə hansı dəyişikliklər var?
- Əvvəlki illərdə millinin əsasını sovet futbolunun yetirmələri təşkil edirdi. Aleksandr Jidkovdan tutmuş Nazim Süleymanova qədər. Onda milli komandanın oyunu tamam başqa idi. Mən sizi inandırım ki, bu nə məşqçidən, nə də futbolçulardan asılı deyildi. Həmin vaxt hətta bəzi futbolçular millinin xaricdəki toplanışına qatılmaq üçün biletləri də öz pullarına alırdılar. Amma o son dönəmlərdən millidə dirçəliş var. Bilirəm ki, çoxları Foqtsu bəyənmir. Bu da millimizin son seçmə mərhələdə gözləniləndən az xal yığmasıyla bağlıdır. Amma etirafv etmək lazımdır ki, milli məhz Foqtsun rəhbərliyi altında daha yaxşı oyun nümayiş etdirir. Bu dəfə millimizin ötən mərhələylə müqayisədə daha çox xal yığacağöını düşünürəm. Seçmə mərhələnin təqvimindən də çox şey asılıdır. İlk oyunlarıda nisbətən zəif rəqiblərlə qarşılaşsaq və tsiklər uğurla başlasaq, bu zaman millidə özünəinam da artacaq. Eyni zamanda növbəti oyunlarda komandamız daha yaxşı çıxış edəcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı