Kamran Ağayevin komandası səfərdən xalla dönür

Kamran Ağayevin komandası səfərdən xalla dönür
XƏBƏR 22 Oktyabr 2016 / 02:15 6604
-  A +

Portuqaliya çempionatında 8-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Kamran Ağayevin çıxış etdiyi  “Boavişta” bu tur səfərdə “Maritimo”nun qonağı olub.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Kamran Ağayev matçın 27-ci dəqiqəsində penaltini dəf edə bilməsə də, oyun ərzində komandasını bir neçə real qoldan xilas edib.

Kamran eyni zamanda sarı vərəqə alması ilə "fərqlənib". Vaxtı uzatdığına görə görüşün baş hakimi ona xəbərdarlıq edib.

Qeyd edək ki, “Boavişta” 9 xalla 10-cu pilədə qərarlaşıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord