"Qəbələ" : 10 oyundan 9-da qələbə

"Qəbələ" : 10 oyundan 9-da qələbə
XƏBƏR 22 Oktyabr 2016 / 00:10 2253
-  A +

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” futbol akademiyasının komandaları 10 matçda qüvvəsini sınayıb. 

Onlar  bu görüşlərin 9-da qalib gəlib, birində heç-heçə ilə kifayətlənib. U-17 mövsümdə ilk xal itkisi ilə üzləşib. Komanda “Zirə” ilə ev oyununda 1 xalla kifayətlənib – 0:0.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-13 ardıcıl 2-ci qələbəsini əldə edib. “Qırmızı-qaralar” “Zirə”ni 2 cavabsız qolla keçib.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "qəbələ" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Kürmük”ü 8:0, UGİM Oğuz UGİM-ini 2:1 hesabı ilə məğlub edib. Hər iki komanda 3 turdan sonra 9 xalla liderliyə şərikdir. U-11 Liqasında UGİM Oğuz UGİM-ini 9:0, “Qəbələ” “Balakən”i 14:0 hesabə ilə üstələyib. 
 

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi