Futzal millimizin iki rəqibi məlum oldu

Futzal millimizin iki rəqibi məlum oldu
XƏBƏR 21 Oktyabr 2016 / 18:01 3124
-  A +

Futzal üzrə Avropa çempionatının təsnifat və seçmə mərhələlərinin püşkü atılıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisinin da iki rəqibi məlum olub.
 
II qrupda çıxış edəcək komandamız Macarıstan və Bosniya və Herseqovina ilə qarşılaşacaq. Növbəti rəqib isə təsnifat mərhələsinin oyunlarından sonra bilinəcək.
 
Təsnifat mərhələsində Bolqarıstan, Albaniya, İngiltərə və Malta mübarizə aparacaq

Seçmə mərhələnin oyunları aprelin 3-ü və 12-də Bakıda keçiriləcək.

Qeyd edək ki, çempionatın final mərhələsi 2018-ci ildə Sloveniyada keçiriləcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı