UEFA prezidenti: "Azarkeşlər üçün Azərbaycana getmək problem deyil"

UEFA prezidenti: "Azarkeşlər üçün Azərbaycana getmək problem deyil"
XƏBƏR 21 Oktyabr 2016 / 16:46 5272
-  A +

"Portuqaliyadan Azərbaycana getmək, misal üçün, Nyu-Yorka getmək kimi bir şeydir".

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının final maçtının gələcəkdə Avropadan kənarda keçirilməsinin mümkünlüyü ilə bağlı danışarkən deyib.

O bildirib ki, Avropanın bəzi ölkələri arasında məsafə çox olduğundan, bu cür addım atmaq mümkündür: "Azarkeşlər üçün bu, əlbəttə, problem deyil, amma görək necə olur?! Çempionlar Liqası Avropa miqyaslı yarışıdır və ona görə də məsələni ciddi götür-qoy etmək lazımdır".

A.Çeferin bunun üçün başqa bazarlar barədə düşünməyin lazım olduğunu bildirib: "Bunu necə edəcəyimizi hələ bilmirəm. Çin maliyyə baxımından inkişaf etmiş bir ölkədir, Amerika isə o qədər də yox. Ancaq futbol hər yerdə inkişaf edir".

Qeyd edək ki, 2016/2017 mövsümünün finalı 2017-ci il iyunun 3-də Uelsin Kardif şəhərindəki "Milenyum" stadionunda keçiriləcək.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı