Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu

Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu
XƏBƏR 21 Oktyabr 2016 / 15:12 3677
-  A +

Çempionlar Liqasında  qrup mərhələsinin III turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Barselona”nın futbolçusu Lionel Messi həftənin ən yaxşısı seçilib.

“Mançester Siti” ilə oyunda (4:0) 3 qol vuran və 1 məhsuldar ötürmə verən argentinalı hücumçu azarkeşlərin 38 faiz səsini toplayaraq bütün rəqiblərini qabaqlayıb.
 
Səsvermədə ikinci yeri tutan Riyad Mahrez (“Lester”)  20%, üçüncü pillənin sahibi Pyerr-Emerik Obameyanq (“Borrusiya)  isə 15% səs toplayıb.


Son xəbərlər