"Qəbələ"dən üstün idik" - "Sent-Etyen"in baş məşqçisi

"Qəbələ"dən üstün idik" - "Sent-Etyen"in baş məşqçisi
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2016 / 11:31 2773
-  A +

"Qələbə qazandığımız üçün xoşbəxtəm. Ancaq istərdim ki, çoxsaylı hücumlarımızdan birini qola çevirib qalib gələk. Hücumlarda son zərbəni düzgün yerinə yetirə bilmirdik. Məqsədimiz qələbə  qazanmaq idi. Avropa Liqasında oyunlar çətindir".

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sora deyib.

O bildirib ki, son oyunlarla müqayisədə dünən gecə daha çox qol imkanları olub:

"Qəbələ"dən üstün idik. Məncə pley-off mərhələsində vəsiqə uğrunda mübarizə hazırda 5 xalı olan 3 komanda arasnda gedəcək".

Qeyd edək ki, "Sent-Etyen" "Qəbələ"nin futbolçusu Rikardinyonun avtoqolu ilə 1:0 hesablı qələbə qazanıb.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı