Dik Advokat: "Qrupumuzda hər şey ola bilər"

Dik Advokat: "Qrupumuzda hər şey ola bilər"
DÜNYA FUTBOLU 21 Oktyabr 2016 / 10:33 4371
-  A +

"İlk yarım saatda bərabərsəviyyəli oyun keçdi. Ancaq belə  səviyyəli komanda ilə oyunda bu cür qollar buraxırsansa, nəticə bu olacaq. İki qolu penaltidən vurdular. Üçüncü qolda səhcvmiz oldu. Öz işimizi çətinləşdirdik. Dördüncü qoldan sonra oyun bizim üçün bitdi".

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Fənərbaxça"nın baş məşqçisi Dik Advokat Avropa Liqasının üçüncü turunda "Mançester Yunayted"ə 1:4 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

O, heyətin səviyyəsinə görə qollar buraxmadıqlarını bildirib:

"Qarşıda üç oyunumuz var. Bu görüşlərdən ikisini öz meydanımızda oynayacağıq.  Qrupumuzda hər şey ola bilər. Burada uduzmaq utanılası bir şey deyil, ancaq necə uduzduğumuz böyük problemdir".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın