Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
XƏBƏR 21 Oktyabr 2016 / 10:14 3610
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa  çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə,  heyətdə aşağıda adları qeyde olunan futbolçular yer alıb:

Məhəmməd Can Tuncer, Şahan Akyüz, Onur Taha Takır, Mutlu Aksu Doğan (hamısı “Altınordu”, Türkiyə), Nicat Mehbalıyev (“İnter”), İzzət Muştaqov, Fərid Nadirov, Rüstəm Nuruyev, Vüsal Mustafayev, İdris İnqilablı, Məhəmməd Abbaslı, Kamran Quliyev (hamısı “Qəbələ”), Şakir Seyidov, Tahir Zeynalov (hər ikisi “Vətən”), Turan Vəlizadə (“Fənərbaxça”, Türkiyə), Fərid Mahmudov (“Neftçi”), Murad Mahmudov (“Leypziq”, Almaniya), Xəqani Sadıxov (“Qarabağ”)

Qeyd edək ki, yığmamız seçmə mərhələdə oktyabrın 25-də İngiltərə, iki gün sonra Avstriya, oktyabrın 30-da isə Rumıniya komandası ilə qarşılaşacaq. Oyunlar Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"