"Simurq"la qarşılaşmaya yalnız qalibiyyət üçün çıxacağıq"

"Simurq"la qarşılaşmaya yalnız qalibiyyət üçün çıxacağıq"
XƏBƏR 9 Fevral 2010 / 00:41 1974
-  A +

“Keçən il çempionat oyunlarında kimin-kimə qalib gələcəyini asanlıqla təxmin etmək mümkün idi. Bu il isə əksinədir. Çünki komandalar həddindən artıq güclənib. “Simurq”la qarşılaşmaya gəldikdə isə bugünkü matça yalnız qalibiyyət üçün çıxacağıq. Komandamız hazırda çox yaxşı oyun göstərir. Zədəli oyunçularımız yoxdur. İnşallah meydana çıxıb əlimizdən gələnin ən yaxşısını edəcəyik”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Xəzər Lənkəran”ın türkiyəli müdafiəçisi Dəvran Ayxan deyib. Xatırladaq ki, bu gün Premyer Liqanın XIX turu çərçivəsində “Xəzər Lənkəran” səfərdə “Simurq”la qarşılaşacaq. Matç saat 17:00-da start götürəcək.

Son xəbərlər