“PAOK çox təhlükəli komandadır” - Rahid Əmirquliyev

“PAOK çox təhlükəli komandadır” -  Rahid Əmirquliyev
MÜSAHİBƏ 21 Oktyabr 2016 / 02:20 6020
-  A +

“Qarabağ”ın ikinci qolunun müəllifi Rahid Əmirquliyev PAOK-la oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Səncə, bu oyun qrup mərhələsi üçün həlledici önəm kəsb edirdi?

- Mən deməzdim ki, PAOK-la oyun həlledici idi. Bizim qarşıda üç oyunumuz var. Doğrudur, PAOK-a uduzsaydıq, şanslar azalırdı. Bizim üçün çox çətin oyun keçdi. Rəqib bu il keçirdiyi oyunlarda demək olar ki, məğlub olmurdu. Bu səbəbdən oyuna çox yaxşı hazırlaşmışdıq.

- Bu qələbəni PAOK-la cavab qarşılaşmasından öncə komanda üçün əlavə stimul saymaq olar?

- Düzdü, qələbə həmişə stimul verir. Ancaq PAOK-dan öncə bizim "Neftçi" ilə oyunumuz var. İndi "Neftçi" barədə düşünürük. "Neftçi" ilə oyundan sonra Saloniki səfəri haqda danışmaq olar.

- Stadionun ot örtüyünün vəziyyəti necə idi?

- Keçən oyunlara nisbətən bu gün daha yaxşı idi.

- Qol epizodu zamanı zərbəni vurmağa gecikdin sanki...

- Qapıçını keçmək istəyirdim. Sonradan gördüm ki, müəyyən boşluq var.

- Rəqibi səfərdə də məğlub etmək olarmı?

- Çalışacağıq ki, səfərdən də üç xalla qayıdaq.

- Etiraf edək ki, 1:0 sürüşkən hesabdı. Hesab 2:0 olandan sonra artıq qələbə qazandığınızı hiss edirdin?

- Düzdür, ikinci qol son dəqiqələrdə gəldi. PAOK çox təhlükəli komandadır. Bu komanda ilə sona qədər oynamaq lazımdır. Biz də sona qədər belə oynadıq. Qapımızda qol görmək istəmirdik.

- Rəqibin "Qarabağ"dan üstün cəhətləri hansılardır?

- Deməzdim ki, onlar bizdən üstün oynadı. Rəqib komanda oyunu oynayır. Rəqibin heyətində sürətli oyunçular var. Ancaq bu gün onlara oynamaq imkanı vermədik.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord