"Heç nə gözlədiyimiz kimi olmadı" - PAOK-un baş məşqçisi

"Heç nə gözlədiyimiz kimi olmadı" - PAOK-un baş məşqçisi
GÜNDƏM 20 Oktyabr 2016 / 23:32 6844
-  A +

PAOK-un baş məşqçisi Vladimir İviç Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ"la oyundan (0:2) sonra mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, o, oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb:

- Məğlubiyyətdən başqa sizə təsir edən amillər oldu?

- İlk dəqiqədən istədiyimiz oyunu qura bilmədik. Buna görə də məğlubiyyətlə üzləşdik. Belə nəticəni gözləmirdik. Heç nə gözlədiyimiz kimi olmadı. Buna baxmayaraq, səhvlərdən nəticə çıxarıb yolumuza davam edəcəyik.
 
- Komandanın oyunu alınmırdı. Bunun səbəbi nədir?

- İlk hissədə daha yaxşı oynadıq. Hətta qol vəziyyətlərimiz də oldu. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Rəqibin müdafiəçiləri də futbolçularıma qarşı diqqətli oynadılar. Bu da hücumçularım üçün çətinlik yaradırdı. Məğlubiyyətin səbəbkarı mənəm. Qrupdakı vəziyyətimiz öz əlimizdədir. Növbəti oyunlarda daha yaxşı oynayacağıq.
 
- Bisevarın əsas heyətdə olmamasının səbəbi nədir?

- Son 3 oyunda onun çıxışı məni qane etməyib. Ona görə də bu gün onu start heyətdə meydana buraxmadım.
 
- Komandanızda qələbə istəyi hiss olunmurdu. Bunun səbəbi nədir?

- Futbolçuların istəkli olmamasına heç cür bəraət qazandıra bilmirəm. İlk dəfədir ki, komandam belə çıxış edir. Oyunumuz alınmadı.
 
- PAOK qrupda nəyə ümid edir?

- Çox çətin qrupdayıq. “Qarabağ” və “Fiorentina” ilə eyni qrupda olmaq işimizi çətinləşdirir. Hər şey özümüzdən asılıdır. Növbəti oyunlarda qələbə qazanıb qrupdakı vəziyyətimizi düzəltməyə çalışacağıq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord