"Ronaldinyo kimi ulduzun Bakıya gəlməsi..." - Elxan Məmmədov

"Ronaldinyo kimi ulduzun Bakıya gəlməsi..." -  Elxan Məmmədov
XƏBƏR 20 Oktyabr 2016 / 16:17 3148
-  A +

“Ronaldinyonu Bakıda görməyimizə şadıq. “Qəbələ” klubu artıq dünəndən bütün futbol ictimaiyyətinin diqqətini cəlb edib”.

Qol.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədovun deyib.

O, məşhur braziliyalı futbolçu  Ronaldinyonun iştirakı ilə Bakıda keçirilən mətbuat konfransında bunları bildirib: "Ronaldinyo  kimi ulduzun Bakıya gəlməsi müsbət haldır. Digər tərəfdən müsbət hal odur ki, “Qəbələ” Ronaldinyo ilə birlikdə akademiya açacaq. Bu da futbolumuzun inkişafına təkan verəcək”.

Son xəbərlər