“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki
XƏBƏR 20 Oktyabr 2016 / 14:21 12370
-  A +

Avropa Liqasının qrup mərhələsində bu gün PAOK-la qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.

Qol.az-ın xəbərinə görə, komandanın yarımmüdafiəçisi Migel Madeyranın zədə səbəbindən bugünkü matçı buraxacağı dəqiqləşib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən açıqlamada məlumatı təsdiqləyiblər.

Bundan başqa, hücumçu Reynaldo Silva və müdafiəçi Rəşad Sadıqov da zədəlidir. Onların meydana çıxıb-çıxmayacağı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Qarabağ” – PAOK matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın