Millimizdən fantastik irəliləyiş - yeni reytinq

Millimizdən fantastik irəliləyiş - yeni reytinq
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2016 / 12:16 11951
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə komandamız düz 45 pillə irəliləyib və hazırda 404 xalla 88-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komandamız tarixində hələ heç vaxt bu qədər böyük irəliləyişə nail olmamışdı. Komandamızın bu uğuruna DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə matçlardakı uğurlu nəticələr səbəb olub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya 2-ci (+1), Şimali İrlandiya 36-cı (-6), Çexiya 40-cı (-7), Norveç 81-ci (-11), San Marino 201-ci (0) pillədə qərarlaşıb.

Növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki